Paşinyanı Cənubi Qafqazda "demokrat qalası" adlandıranlar utanırmı? - ÖZƏL

"Bəzi müxalifətdə olan şəxslər xüsusilə Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu qeyd edirlər ki, N. Paşinyan demokratdi, onu incitmək lazım deyil, hətta Azərbaycani N. Paşinyana təzyiq etməkdə günahlandırırlar ki, adam Cənubi Qafqazda demokratiya qalasıdır.  Guya N. Paşinyan "demokrat" kimi ərazi iddialarından əl çəkəcək və Azərbaycanla sülh müqaviləsi bağlayacaq". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, göründüyü kimi, N. Paşinyan daha da aqressiv siyasət ortaya qoyaraq Brüssel formatindan imtina edir, Qarabağla bağlı əlavə şərtlər irəli sürür. Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar həyata keçirir. Halbuki Azərbaycan ilk gündən Ermənistana sülh təklif etdi, beynəlxalq hüquqa uyğun olaraq beş prinsip irəli sürdü. Bu prinsipləri Vaşinqton və Brüssel qəbul etdi. Hətta N. Paşinyanda Azərbaycanın beş prinsipini qəbul etdi. Amma praktik olaraq bunların demokrat adlandırdığı N. Paşinyan Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və sülh müqaviləsinin imzalanmasından yayınır. Azərbaycan ərazisinə beynəlxalq fakt araşdıricı missiyanın göndərilməsinə çalışır:

"N. Paşinyanı özünə demokrat kumir seçənlər heç bu kimi məsələlərdən xəbərdar deyil?! Ya,Onlar üçün vətən, dövlət ikinci məsələdi. Çox yaxşı bilirlər ki, Azərbaycan əraziləri demokrat Levon Ter-Petrosyanın hakimiyyəti illərində işğal olundum Azərbaycanda həmən illərdə  Ə. Elçibəy hakimiyyətdə idi. N. Paşinyanda L.Ter-Petrosyanın yetirməsidir və demokrat cildinə girib Azərbaycan ərazilərinin işğalına çalışır.  Yenidən hərbi təxribatlara hazırlaşır. Bunların göyə qaldırdığı N. Paşinyan Şuşada yallı gedəndə, "Qarabağ Ermənistandı"-deyəndə görmürdülər ki,  özünə demokrat deyən siyasətçi digər ölkənin ərazisini işğal etməməlidir.  Belə olan təqdirdə N. Paşinyan necə demokrat ola bilər?! Ümumiyyətlə, erməni cəmiyyəti hara, demokratik ənənələr hara. Bir-birinə diametrial ziddiyyət təşkil edir. Sadəcə, Qərbin müəyyən mərkəzləri belə istəyir, ölkəmizdə bu kimi şəxslərdə bu rakursdan çıxış edir. Azərbaycanı utanmadan Rusiya ilə birgə olub N.Paşinyana təzyiq etməkdə iddiham edənlər bəs, demokratik ölkə olan  Fransanı niyə iddiham etmirlər ki, N. Paşinyanla birgə olub digər ölkənin ərazilərinin işğalına çalışır. Bu qədər idbar yanaşma olarmı?  Qərbin təxribatçı mərkəzlərinə tabe olan bunlar üçün hakimiyyət sevdası vətən və ərazi bütövlüyündən irəlidədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31