Gürcüstanda Rusiyadan asılı bir rejimin olması Azərbaycanın siyasi maraqlarına cavab vermir - ÖZƏL

"Gürcüstan parlamentinin plenar iclasında "Xarici agentlər" haqqında qanunun qəbul edilməsi ölkədə etiraz aksiyalarıni tətikləyib. Gürcü Arzusu hökumətinin qəbul edilməsi anti-demokratik və insan haqlarının vəziyyətinə mənfi təsir edəcək". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz Gürcüstan hökumətinin bu planı ölkədə QHT, medianın və ictimai -siyasi insanların Qərbdən qrant almasının qarşısını almaq və onlara qarşı siyasi repressiyanı qanuniləşdirməkdir: "Gürcü Arzusu hökuməti bununla  Qərbin ölkədə siyasi dayaqlarını neytrallaşdırmaq və hakimiyyətini uzatmaq planın bir hissəsidir. Bu xeyir-duanın Kremldən Bidzina İvanaşviliyə verməsini istisna deyil. Gürcüstan hökumətinin siyasəti anti-demokratik və ölkədə total bir rejim qurmaqdır. Gürcüstanda avtoritar Rusiyadan asılı bir rejimin olmasi Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab vermir. Azərbaycan üçün Gürcüstanda Qərblə tərəfdaş olan demokratik bir sistemin qurulması vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31