Güclü vətəndaş cəmiyyəti ilk növbədə hakimiyyətlərə lazımdır - ÖZƏL
9 Mart 2023 12:52 Siyasət"Demokratik dövlət olmasan belə demokratiya görüntüsü yaratmağı bacarmalısan. Bizim qonşular bunu bacarır". "Olaylar" xəbər verir ki, bunu hüququ müdafiəçisi Sahib Məmmədov deyib. Bildirib ki, Gürcüstandakı son prosesləri hakimiyyət öz xeyrinə dəyişə bildi: "Hər halda beynəlxalq müstəvidə bu belə də qəbul olunacaq ki, Gürcüstan hakimiyyəti vətəndaş cəmiyyətinin iradəsini yerinə yetirir. Bu isə demokratik cəmiyyətin əsas əlamətlərindən biridir. Gürcüstan cəmiyyəti özü necə qiymətləndirəcək, bunu sonrakı proseslər göstərəcək. Güclü vətəndaş cəmiyyəti ilk növbədə hakimiyyətlərə lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31