Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək

Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinaən "Olaylar"a bildirilib ki, iclasda quruma üzv dövlətlərin 2022-ci ilin maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2023-cü ilin birinci rübündə MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi, təşkilatın fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclərin smeta layihələri, MDB PA Şurasının "MDB-yə üzv dövlətlərin ParlamentlərarasıAssambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında" qərar layihəsi və digər məsələlərə baxılacaq. Deputat İqbal Məmmədov MDB PA-nın komissiya iclasında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək. Səfər martın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31