Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib - ÖZƏL
9 Mart 2023 11:21 Siyasət"1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışından sonra zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın müstəqilliyinin daimiliyinin təmin edilməsi istiqamətində atdığı addımları ilə müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Sərəncamında bu mühüm məqam xüsusi qeyd edilib: "Bildirilir ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir".