Sülhməramlılara aid daha 14 maşın Laçın yolundan maneəsiz keçib - FOTO

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 14 maşından ibarən avtomobil karvanı Laçın yolundan maneəsiz keçid edib.

Olaylar.az bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbirinə istinadən xəbər verir.

Belə ki, Xankəndi istiqamətindən gələn RSK ya məxsus 14 maşından ibarət karvan aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 87 gündür davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31