Prezident İlham Əliyev: Çindən Azərbaycan vasitəsilə yükdaşımaların həcminin artması əməkdaşlığın yaxşı nümunəsidir
7 Mart 2023 19:39 SiyasətAzərbaycan-Çin əlaqələrinin ildən-ilə güclənməsi məmnunluq doğurur. Ölkələrimiz arasında əməkdaşlıq yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və "Bir kəmər, bir yol" çərçivəsində də genişlənir.
Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.
Dövlətimizin başçısı Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31