Sahibə Qafarova qadınları təbrik etdi

 

"Bildiyiniz kimi, bu gün Yel çərşənbəsidir. Bu əziz gündə mən sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Bizimlə birlikdə burada olan media nümayəndələrini də təbrik edirəm.
Hörmətli həmkarlar, bildiyiniz kimi, sabah biz Qadınlar Gününü qeyd edəcəyik". Olaylar xəbər verir ki, bunu deyən Milli Məclisin sədi Sahibə Qafarovanın sözlərinə görə
Azərbaycanda tarixin bütün dövrlərində qadınlar böyük hörmət və qayğı ilə əhatə olunmuşlar. Yaxşı bilirik ki, Ana həmişə müqəddəs varlıq sayılmışdır. 
Azərbaycan qadınının boya-başa çatdırdığı qəhrəman övladlar 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşatmışlar. 
Hörmətli həmkarlar, icazə verin, 8 Mart - Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlayaq, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq. (Alqışlar.) Çox sağ olun. 
Hörmətli həmkarlar, mən bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, buradan iclasımızı işıqlandıran jurnalist xanımları, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıram. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31