Türkiyədəki seçkilərin qalibi Ərdoğan olacaq - ÖZƏL
7 Mart 2023 12:43 Siyasət"Türkiyədə bu ilin may ayında keçiriləcək prezident seçkilərində xalq doğru seçim edərək yenidən Türkiyənin inkişafı, onun gələcəyinə səs verəcək və beləliklə də seçkilərin qalibi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olacaq". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, "6-lı masa" adlanan müxalifətin prezidentliyə vahid namizəd kimi Kamal Kılıçdaroğlunu dəstəkləməsi Ərdoğanın qələbəsini şərtləndirən əsas amillərdən olacaq:
"Çünki Türkiyə insanı Kamal Kılıçdaroğlunun Qərbin, Amerikanın adamı olduğunu gözəl dərk edir və bu üzdən CHP liderinə etimad göstərmir. Türkiyə seçicisi yaxşı anlayır ki, Kılıçdaroğlunun prezident seçilməsi bu ölkəni Amerikanın köləsi halına gətirəcək".
Analitik Qrup onu da qeyd edib ki, Kamal Kılıçdaroğlunun əvəzinə Ankara bələdiyyə başqanı Mənsur Yavaş Ərdoğana rəqib olsaydı, o halda müxalifət hazırkı prezident üçün ciddi rəqibə çevrilə bilərdi.