Baş verən təxribatlar Rusiyaya da sərf edir - ÖZƏL

Ötən gün baş verən erməni təxribatı və sonradan yayılan görüntülərdə Rusiya sülhməramlılarının təxribatçılarla bir yerdə olmasının əks edilməsi onu deməyə əsas verir ki, bu və ya digər təxribatlarda maraqlı tərəflərdən biri də məhz Rusiyadır. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də belə düşünür. "OLAYLAR"-ın xəbərinə görə, onun qənaətincə,  Rusiyaya bu cür təxribatların olması, xüsusilə sərhəddə gərginliyin artması sərf edir ki, Avropa İttifaqı missiyasının Ermənistanda olan missiyasının bölgəyə gəliş məqsədinin əsl mahiyyətini nümayiş etdirsin: "Paralel olaraq da separatçı qüvvələrin aktivlik göstərməsi isə Aİ mandatı fonunda Qərbə maraqlıdır ki, Rusiyanın regionda olan varlığına zərbə vursun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31