İrandan Azərbaycana qarşı ərazi iddiası - ÖZƏL

"İranın Azərbaycana qarşı ərazi iddiası artıq özünü ən yüksək səviyyələrdə büruzə verməkdədir. Ona görə də cənub qonşumuzdan hər an ehtiyatlı olmalı, onun məkirli planlarını yerindəcə boğmalıyıq". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin "Nizami Gəncəvi İranın Gəncə şəhərində anadan olub" fikrinə münasibətdə yer alıb. "OLAYLAR"-ın məlumatına görə, Analitik Qrup hesab edir ki, İran bununla açıq-aşkar Azərbaycanın dövlətçiliyini, ərazi bütovlüyünü təhdid etmiş olur: "İranın Xarici İşlər Nazirliyinin məlum fikri heç də çaşqınlıqdan, yaxud texniki xətadan irəli gəlməyib. Sadəcə bu Tehranın mənfur siyaaətinin artıq dilə gətirilməsidir".

Analitik Qrup onu da qeyd edib ki, Azərbaycan ərazilərini işğala məruz qoyan, torpaqlarımızı dağıdıb xarabalığa çevirən bir ölkə ilə, Ermənistanla yaxından təmaslar quran, bu işğala bəraət qazandıran İrandan bundan artıq nəsə gözləməyə dəyməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31