Ermənistanın təxribatları bitmir - ÖZƏL

"Ermənistanın təxribatları bitmir. Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. Qarabağda ərazilərin 15.0 faizi minalardan təmizlənib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sadiq Qurbanovun sözlərinə görə, hələ ötən il işğaldan azad oluna ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib: "2022-2026-ci illərdə isə işğaldan azad oluna ərazilərimizin bərpa və yenidən qurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub.Tanrı köməyi ilə bu ilin sonunda Böyük Qaydışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar. Ermənistan düşünsə yaxşı olar. Düşünə bilsə..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31