Azərbaycana olan beynəlxalq inam və etimadın bariz nümunəsi - ÖZƏL

"Azərbaycan Qoşulmama Hərəkatının inkişafına və beynəlxalq arenada onun nüfuzunun artmasına uğurlu töhfələr verir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə elmlər doktoru, professor Gülzar İbrahimova səsləndirib. O bildirib ki,  Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi buna sübutdur: "Bu eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasından xəbər verir. Sözügedən tədbirin beynəlxalq gücü və mötəbərliyi 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, baş nazirlərin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlərin və s. rəsmi statusa malik vəzifəli şəxslərin burada iştirakı da göstərir". Gülzar İbrahimovanən sözlərinə görə, ən önəmli faktor isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə kimi uzadılmasıdır: "Bu, Azərbaycana olan beynəlxalq inam və etimadın bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31