Ermənilər öz murdar məqsədlərinə çatmaq üçün hər şeyə əl atırlar - ÖZƏL
6 Mart 2023 10:58 Siyasət"Erməniçilik öz murdar məqsədlərinə çatmaq üçün hər şeyə gedib və gedəcək. Qarabağın dağlıq hissəsi öz ərazilərinə qatılmasını "əsaslandırmaq" üçün Sumqayıtda SSRİ DTX-sının köməyi ilə öz xalıqının nümayəndələrini elə erməni Qriqoryanın əli ilə öldürdülər". "Olaylar"ın məlumatına görə, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, o zamandan davam edən proseslərin hamısında çoxsaylı "erməni həqiqətləri" yaratmaq üçün həm də Qarabağda yaşayan erməniləri risk altına və məhrumiyyətlərə məruz qoydular: "İki aydan artıqdır ki, murdar erməniçilik Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə erməni nəqliyyat vasitələrindən istifadə etməyə, Laçın yolundan sərbəst keçməyə qadağa qoydular, yalnız ona görə ki, blokada görüntüsü yaratsınlar. Yəni "bizə imkan vermirlər, ən zəruri ehtiyaclarımızı Rusiya hərbiçilərinin nəqliyyat vasitələrindən istifadə etməklə, xəstələrimizi isə Qırmızı Xaçın avtomobilləri ilə aparıb-gətirməyə məcburuq" görüntüsü yaratmaq üçün. İndiki təxribatlarında da ziyan öz ermənilərinə dəyəcək. Onları öz xalqları maraqlandırmır. Qlobal güclərin maraqları və xəstə erməni ideyasını sonuncu erməniyə qədər həyata keçirmək niyyətlərindən əl çəkəsi deyillər. Bizim isə növbəti təxribatlara hazırlaşmaqdan başqa çarəmiz qalmayıb".