Qarabağda silahli erməni birləşmələrinə qarşı əməliyyatlar keçirilməlidir - ÖZƏL

"Ermənistanla Azərbaycan arasında nəzarət edilməyən yoldan silah-sursatın daşinmasi həyata keçirilir. Bu da Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edir". "Olaylar"ın məlumatına görə, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz ölkəmizin suverenliyini və təhlükəsizliyini təmin etmək üçün Laçın dəhlizində Ermənistanla sərhəddə Nəzarət Buraxılış məntəqəsinin qurulmasını labüd edir: "Azərbaycan çox qısa zamanda bununla bağlı addımlar atacaq. Bu hadisə göstərir ki, indiyə kimi Laçın dəhlizindən məhz hərbi məqsədlər üçün istifadə edilib. Azərbaycan Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi və gömrük postu təsis etməklə erməni separtizminə birdəfəlik son verəcək. Bu proseslərin başında Rusiya durur və Kreml Azərbaycanın reinteqrasiyası prosesinin qarşısını alır. İlk növbədə bununla Azərbaycan və Ermənistan arasında Vaşinqtonun vasitəçiliyini sabotaj edir".

Onun bildirdiyinə görə, Laçın dəhlizinə alternativ olaraq Xankəndi-Xəlfəli yolu ilə  dəhlizə çıxan torpaq yol var. Şuşa tərəfdən baxdıqda aydın görünür. Ermənilər həmən torpaq yolundan istifadə etməsi birinci dəfə deyil. Torpaq yolundan silah -sursatın daşınmasının Azərbaycan tərəfindən qarşısı alındı: "Bu, bir daha göstərir ki, Azərbaycan Ermənistanla sərhəddə Nəzarət Buraxılış məntəqəsini qurmalıdır. Bu gün Ermənistan tərəfindən silah sursatın daşınmasının qarşısı alınması Azərbaycanın bir daha qətiyyətli və prinsipial olaraq bunun qarşısını alacağının mesajıdir. Həmçinin Qarabağda silahli erməni birləşmələrinə qarşı əməliyyatlar keçirilməlidir. Bu, təxribatların arxasında Rusiya durur və bugünkü televiziyada çıxışımda Rusiyanın sülhə mane olacağını vurguladım. Bundan sonra Qarabağda ermənilərin yaşadığı əraziyə aparan yollar tam nəzarətimizdə olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31