Paşinyan Zəngəzurdan sonra Qərbi Qarabağa gətirmək istəyir - ÖZƏL
6 Mart 2023 10:26 Siyasət"Ermənilər tərəfindən baş vermiş terrorun nəticəsində şəhidimizin olması, silahların Xankəndinə alternativ yolla daşınması bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir". "Olaylar"ın məlumatına görə, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, Laçın dəhlizinin Ermənistan ilə sərhəddində nəzarət - keçid məntəqəsinə qarşı çıxanlar, gizli yolla erməni tərəfini yeni yollarla təchiz etməkdə davam etsələr bölgənin bütün perimetrləri ilə bağlı qərar qəbul ediləcək: "Paşinyan Zəngəzurdan sonra Qərbi Qarabağa gətirmək istəyir. Ermənistanın planı Laçına və Xankəndiyə beynəlxalq missiyanı gətirməkdir.Bu Kosovo ssenarisidir. Olduqca təhlükəlidir!Qərb Rusiyaya qarşı Qafqaza gəlməyə hazırdır. Azərbaycan ərazisində poliqona icazə verməyəcək".