Dövlət İdarəçilik Akacemiyası Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndərib
4 Mart 2023 11:52 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə 85 min manat maddi yardım göstərib.
"OLAYLAR" xəbərinə görə, bu barədə Akademiyadan məlumat verilib.
Bildirilib ki, DİA-nın əməkdaşları və tələbələri zəlzələ baş verən gündən yardım kampaniyasına qoşulub və bu kampaniyada fəal iştirak edirlər. Dövlət İdarəçilik Akademiyasının kollektivi faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31