Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım PAKETİ AYRILDI
3 Mart 2023 22:57 SiyasətABŞ Ukraynaya 400 milyon dollar dəyərində yeni, ardıcıl 33-cü hərbi yardım paketi ayırıb.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin öz adından yaydığı yazılı açıqlamada qeyd edilib ki, bu paketə xüsusilə "HIMARS" reaktiv yaylım atəş sistemi və haubitsalar üçün döyüş sursatları, "Bradley" piyadanın döyüş maşınları üçün döyüş sursatları və ponton körpüləri daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31