Bu gün daxili və xarici siyasətdə ən çox tənəzzülə uğrayan dövlətlərdən biri Fransadır - ÖZƏL
2 Mart 2023 10:41 Siyasət"Bu gün təkcə Cənubi Qafqazda deyil, eləcə də digər regionlarda Qərblə Rusiya arasında savaş gedir". Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qərbi Qafqaz regionuna soxulmaqda ittiham etməsinə münasibət bildirərkən səsləndirib. Yusif Bağırzadə deyib ki, xüsusilə Fransa regiona müdaxilə edərək burada özünü ağa kimi aparmağa çalışır: "Bu gün daxili və xarici siyasətdə ən çox tənəzzülə uğrayan dövlətıərdən biri Fransadır. Fransa beynəlxalq nüfuzdan kifayət qədər düşüb. Digər tərəfdən də, Azərbaycan - Ermənistan münaqişəsində Fransa tırəf kimi çıxış etdi və özünü region ağası kimi aparmaq istədi. Ancaq buna nail ola bilmədi".
Yusif Bağırzadə vurğulayıb ki, Cənab Prezidentin iştirakı ilə Praqa görüşündən bir dvident götürdük: "Belə ki, Fransanın iştirakı ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi. Bildiyiniz kimi, Fransa BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri olaraq, Minsk qrupunun həmsədri formatından çıxdı və orada da hörmətdən düşdü. Fransa prezidenti çalışır ki, heç olmasa Cənubi Qafqazda Ermənistanın tərəfində dursun və onun rəhbərlik etdiyi partiya növbəti seçkilərdə qələbə çalsın. Burada da onun şansı görünmür. Çünki, Fransada erməni lobbisi kifayət qədər güclüdür və əsas da media və aktyor elitası ermənilərin əlindədir. Makronun rəhbərlik etdiyi partiya isə getdikcə hörmətdən düşür. Avropa Şurasının iki üzvündən biri Fransadır".
Politoloq deyib ki, Rusiya istər-istəməz Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsindən narahat olmalıdır: "Bildiyiniz kimi, Ermənistanın sərhədlərini Rusiyanın sülhməramlı qüvvələrinin federal xidməti qoruyur və Rusiyanın Ermənistanda hərbi bazası var. Bugünkü gündə də sülhməramlıların orada fəaliyyəti bu missiyadan sonra Avropa tərəfindən şübhə altına alınacaq. Ona görə də, Rusiyanın Cənubi Qafqazda Avropa dövlətləri, əsasən də Fransa ilə qarşıdurması əmələ gəlir. Bu da gözləniləndir. Biz regionda stabilliyin, təhlükəsizliyin, kommunikasiya xətlərinin açılmasının, Ermənistanla sülh sazişinin imzalanmasının, BMT tərəfindən və Almata deklarasiyası əsasında sərhədlərin tanınmasının tərəfdarıyıq. Çünki biz sərhəddə gücün sahibiyik, moderatoruq, əsas qüvvəverici dövlətik. Ona görə də, biz regionda stabilliyin tərəfdarıyıq. Azərbaycanın məqsədi bundan ibarətdir".