Azərbaycan hazırda müstəqil, sabit həyat yaşayır - ÖZƏL

"Azərbaycan hazırda müstəqil, sabit həyat yaşayır. Bu sabitlik 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra başlanıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov deyib ki, məhz 1993-cü ildən dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir: "Siyasi islahatlar aparılmağa başlanıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlandı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31