Ümummilli liderin tarixi qərarı - ÖZƏL - FOTO

"2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq bu gündən etibarən bəzi sənədləri sizinlə paylaşmağı faydalı hesab edirəm. Onlardan biri 1982-ci ildə bir neçə rayonda, o cümlədən Yardımlıda tarix-diyarşünaslıq muzeyinin yaradılması haqqında Heydər Əliyevin sədrliyi ilə Azərbaycan KP MK Bürosunda qəbul edilən qərardır". Bunu "Olaylar"a deyən millət vəkili Musa Qasımlının sözlərinə görə,  MK-nın tapşırığını yerinə yetirən Yardımlı rayon Partiya Komitəsinin katibi Qəzənfər Həbibov və mədəniyyət naziri Zakir Bağırov müvafiq məktub yazıblar: "Büronun qərar layihəsinə MK katibi Həsən Həsənov viza verib. Qərarı Heydər Əliyev imzalayıb. Muzeyin 3 bölməsi, 2 minə yaxın eksponatı olub. Eksponatların toplanmasında rayon mədəniyyət şöbəsinin müdiri Balabəy Rzayev müstəsna rol oynayıb. İndi muzey xeyli zənginləşdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31