Milli Məclisdə dinləmə keçiriləcək - ÖZƏL

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə "Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış" mövzusunda ictimai dinləmə keçiriləcək. MM-dən "Olaylar"a bildirilib ki, dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına - Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31