Deputat dövlət qulluqçularına təlim keçib - ÖZƏL

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində dövlət qulluqçuları üçün "Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri" mövzusunda silsilə təlimlərinin keçirilməsinə start verilib. "Olaylar"ın məlumatına görə, bu barədə mllət vəkili Kamal Cəfərov məlumat verib: "Tədbirdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovla birlikdə mən də iştirak etdim. Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri kimi prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları üçün "Etik davranış qaydalarının tətbiqinə mane olan qərəzlər" mövzusunda təlim keçdim. Dəvət və yüksək səviyyədə təşkilatçılıq üçün Baş Prokurorluğa təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31