Sumqayıt hadisələri erməni təxribatının kulminasiyası idi - ÖZƏL
1 Mart 2023 10:53 Siyasət"Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə Sumqayıt hadisələrinin məhz erməni millətçilərinin və onların havadarlarının öz çirkin niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib". ". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir: "Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Silahsız insanlara öz "qəhrəmanlaqlarını" göstərən ermənilər daha çox cəllad olublar. Onların iç üzünü ifşa etməyə yönəlmiş fəaliyyət nəticəsində ermənilər yaxın gələcəkdə xüsusi qəddarlıqla törətdikləri soyqırımlara, qanlı teraktlara, amansız hərbi cinayətlərə görə beynəlxalq hüquq və ilahi ədalət qarşısında cavab verəcəklər".