Qərb İranın parçalanması yox, hakimiyyətin dəyişməsində maraqlıdır- ÖZƏL

"İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın  BMT-də çıxışı zamanı bir çox ölkənin diplomatları və nümayəndələrinin salonu tərk etməsi, 1979 İslam İnqilabından sonra ölkə diplomatiyasının qazandığı dırnaq arası nailiyyətlərin təzahürüdür. Yaranmış biabrçı situasiyanın kökündə dayanan səbəblər isə gün kimi aydındır". Bu fikirləri OLAYLAR- a  AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, səbəb fars rejiminin həyata keçirdiyi yarıtmaz və bir o qədərdə ziddiyyətli daxili və xarici siyasətdir: 
"Onu da xatırlatmaqda fayda var ki, sonuncu dəfə bu cür vəziyyətlə üzləşən, Rusiya xarici siyasət rəhbəri Sergey Lavrov olmuşdu və Abdullahiyanın da rus həmkarı kimi eyni situasiya ilə qarşılaşması,  təmsil etdiyi dövlətlə bağlı beynəlxalq müstəvidə  formalaşmış fikirin əyani sübutudur".
 AVP rəsmisi deyib ki, məsələnin siyasi motivləri kifayət qədər genişdir: "İranın Rusiya-Ukrayna muharibəsi fonunda tutduğu mövqe, Rusiyanı kamikadze dronlar və müxtəlif silahlarla təmin edərək təcavüzkar ölkəyə dəstək verməsi qərbdə bir mənalı qarşılanmır. ABŞ başda olmaqla qərb koalisiyası İrana qarşı yeni sanksiyaların tətbiqi  barasində müzakirələr aparır. Həmçinin ən son olaraq Tehranın Münhen Təhlükəsizlik Konfransına çağrılmaması  molla rejimi ətrafında halqanın daraldığına işarədir. Digər bir nüans isə həmin konfransa pəhləvilər sülaləsinin davamçısı Rza Pəhləvinin dəvət olunmasıdır ki, Qərb mövcud rejimə qarşı Pəhləvi kartından istifadə etmək istəyir. Qərb İranın parçalanmasını yox, hakimiyyətin dəyişməsinin tərəfdarıdır. Bizim maraqlarımız isə Güney Azərbaycanda Milli Hökumətin qurulması istiqamətindədir. Yəni molla rejiminin devrilib, yerinə yenidən Pəhləvilər sülaləsinin gətirilməsi soydaşlarımızla bağlı mövcud situasiyanı dəyişən deyil. Çünki həmin sülalə də ən az faktiki rejim kimi fars şovinizim siyasətini davam etdirəcək. Və onuda qeyd etmək də fayda var ki, Cənublu soydaşlarımıza qarşı aparılan asmiliyasiya siyasətinin əsasını ötən əsrin 20 ci illərində Qacarlar sülaləsini devirərək hakimiyyətə yiyələnən Pəhləvilər sülaləsi tərifindən qoyulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31