Səfir Muxtar Məmmədov işə başladı: Şalom, İsrail!

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətinə başlayıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə səfir öz Tvitter səhifəsində paylaşım edib.

O, ilk tviti ilə İsraili salamlayıb: "Şalom, İsrail!"

Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31