Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
28 Fevral 2023 22:25 SiyasətÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ş.Mirziyoyevin mətbuat xidmətindən bildirilib.
Özbəkistan Prezidentinin Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun sammiti keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31