Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək - Ayxan Hacızadə
26 Fevral 2023 11:10 SiyasətAzərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür..
Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq!
Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik", - deyə A.Hacızadə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31