Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
26 Fevral 2023 10:46 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib.
Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:
"Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır", - deyə paylaşımda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31