Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTO
25 Fevral 2023 18:56 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31