Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədə zəlzələdə həlak olmuş azərbaycanlıların ailələrinə maddi yardım göstərilir
24 Fevral 2023 14:30 SiyasətAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31