Bələdiyyə sahəsində köklü dəyişikliklərə ehtiyac var
24 Fevral 2023 12:34 SiyasətBu gün gənclər arasında harada işləmək istəmələri ilə bağlı sorğu keçirsək, heç kim bələdiyyələrdə işləmək istəməyəcəyini bildirəcək. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov bildirib. "Gənclər xəstəxanalarda, məktəblərdə və digər yerlərdə çalışmaq istəyərlər. Amma inanmıram ki, bir nəfər bələdiyyələrdə işləmək istəsin. Bax, budur bələdiyyələrin cəmiyyətdə nüfuzu. Artıq bələdiyyə seçkilərinə iki il qalıb. Kim gedib səs verəcək, səsvermə ilə maraqlanacaq? İndi tam vaxtıdır ki, bələdiyyə sahəsində köklü dəyişikliklər edilsin. Yoxsa problemin həlli görünmür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31