Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarı aralıq qərardır - ÖZƏL

"Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarı aralıq qərardır və yekun qərar deyil. Bu proses hələ bir neçə il davam edəcək". Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, sözügedən məhkəmə qərarı 2020-ci il, 10 noyabr üçtərəfli bəyanatına istinad edib: "Həmin bəyanat əsasında Laçın dəhlizinə nəzarətin birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında olması vurğulanır. Yəni, keçid postu məntəqəsinə onlar nəzarət edirlər. Buna görə də hesab edirlər ki, Azərbaycan oranı nəzarətdə saxlaya bilməz". Yusif Bağırzadə onu da xüsusi olaraq vurğulayıb ki, əslində məhkəmənin iddia etdiyi kimi sözügedən yol heç də bağlı deyil və hər gün bütün dünyanın gözü qarşısında onlarla avtomobil, Rusiya sülhməramlılarının təminat maşınları, eləcə də mülki ermənilər sərbəst şəkildə ərazidən keçid edə bilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31