Naxçıvana yeni hakim təyin edildi

Milli Məclis Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin olunmasını təsdiqləyib. "Olaylar" xəbər verir ki, məsələyə Milli Məclisin bu gün keçirilən plenar iclasında baxılıb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31