İlham Əliyevin Münhendə keçirdiyi görüşlər ölkəmizə fayda gətirəcək - ÖZƏL
20 Fevral 2023 10:52 Siyasət"Cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi bütün görüşlər maraq doğurur və nəticələri həmişəki kimi yenə də ölkəmizə fayda gətirəcək.
Fikrimcə, iki görüş təkcə bizim deyil, dünyanın da diqqətinə özünə cəlb etdi. Onlardan birincisi İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant, ikincisi isə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşdür. Dostlarımız bu görüşlərdən sevindilər, düşmənlərimiz və bədxahlarımız isə qəm dəryasına batdılar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, İsrail bizimlə dost ölkədir. Müdafiə, hərbi-texniki və təhlükəsizlik sahəsində dərin əməkdaşlığımız var: "İsrail Dövlətində səfirliyimiz yaxınlarda fəaliyyətə başlayacaq. Ölkəmizdə yəhudilər daim bizimlə qardaş, dost kimi yaşayıblar. Millətimiz onları heç vaxt özündən ayrmayıb. Bu, millətimizin təbiətindən irəli gəlib, həyat tərzimiz olub. Müstəqil dövlətimiz olmayan dövrlərdə millətimiz, müstəqil dövlətimiz olanda isə həm dövlətimiz, həm də millətimiz yəhudiləri qoruyub, onlara xüsusi qayğı göstərib. Ölkəmizdə sinaqoqlar sərbəst fəaliyyət göstərir. Azərbaycan yəhudilərə münasibəti baxımından dünyada örnək ölkədir".