Prezident İlham Əliyev Ermənistanı və onun “böyük bacı”larını fakt qarşısında qoydu - ÖZƏL
20 Fevral 2023 10:41 Siyasət"Prezidenti İlham Əliyevin Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşdə hər iki ölkənin sərhədlərində, o sıradan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini rəsmən irəli sürməsi qarşı tərəfi də, onların böyük bacı"larını da fakt qarşısında qoymaqdır".
"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Bildirib ki, Fransa Prezidenti Makron Münhendəki yenə sərsəmləmərlə dolu çıxışında açıq deməsə də, eyham vurmağa çalışırdı ki, guya Azərbaycan və Rusiya Qafqazda birgə hərəkət edirlər. Cənab İlham Əliyev isə Laçın yolundakı kimi Zəngəzur dəhlizində də nəzarət-buraxılış məntəqələrinin yaradılmasının əleyhinə çıxmadığımızı rəsmən təsdiqləməklə Azərbaycanın ancaq öz maraqlarından çıxış etdiyini sərgilədi:"Ümümiyyətlə, bizim üçün Laçın yolunda nəzarət-buraxılışı Azərbaycan sərhədçiləri ilə gömrükçülərinin həyata keçirmələri Zəngəzur dəhlizinin açılmasından da önəmli məsələdir. Çünki ancaq ondan sonra bütün torpaqlarımız üzərində suverenliyimizin tam təminindən danışmaq olar.Aydındır ki, Qubadlıda olduğu kimi biz istənilən halda Laçın yolunda da nəzarət-buraxılış məntəqəsi quracağıq. Fəqət proseslərin gedişi göstərir ki, bu, nəzərdə tutulduğundan daha tez baş verə bilər".