Ermənistan Rusiya və KTMT-dən zəmanət ala bilmədi - ÖZƏL

"Azərbaycan və Ermənistan arasında birdəfəlik sülh müqaviləsi olacaqsa, bu yalnız dünya təhlükəsizliyində maraqlı qüvvələrin Ermənistana edəcəyi təzyiqlər və verəcəyi zəmanətlər fonunda olacaq". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O,  hesab edirəm ki, Ermənistan sərhəddinə gələn ATƏT-in getdikcə çoxmillətli şəkil alan mülki missiyasının məqsədi Ermənistana təhlükəsizlik zəmanəti verməklə Azərbaycanla yekun sülh müqaviləsi imzalanmasına zəmin yaratmaqdır: "Çünki Ermənistan bu zəmanəti Rusiya və KTMT-dən ala bilmədi".

https://olaylar.az/news/sosial/498822

Politoloq qeyd edib ki, Rusiya da buna görə öz alternativ reallıqlarını formalaşdırmaqla, hansıki sülh müqaviləsinə Qarabağ ermənilərinin taleyi məsələsini o Ermənistana diktə edir, prosesin gedişatını ona lazım olan istiqamətə yönləndirməyə çalışır: "Məsələ ondadır ki, bu reallığa tam sülh müqaviləsi yox, sualların bəzilərinin açıq qaldığı yarımçıq sülh müqaviləsi aiddir. Bu da Rusiyanın regionda qalmasını təmin edir, eyni zamanda, sülhə töhfə verən ölkə olaraq ona xal qazandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31