Mehriban Əliyeva akademik Arif Paşayevin doğum günü münasibətilə bağlı paylaşım edib -
15 Fevral 2023 14:35 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında akademik Arif Paşayevin doğum günü münasibətilə bağlı paylaşım edib.
Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:
"Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31