Heydər Əliyevin keçdiyi həyat yolu gənclər üçün bir nümunə sayıla bilər - ÖZƏL
15 Fevral 2023 13:25 Siyasət"Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyəti bu gün bütünlükdə gənclər üçün bir nümunə sayıla bilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Ulu Öndər məhz öz savadı və şəxsi keyfiyyətlərinə güvənərək Sovet İttifaqı kimi nəhəng imperiyanın siyasi pillələrindən qətiyyətlə irəliləmiş və böyük nüfuz qazanmışdır: "Bunun əsas səbəblərindən biri onun savadı ilə yanaşı, böyük cəsarətə və işində məsuliyyətli olması ilə bağlı olub. Heydər Əliyev üçün xaricdə yaşayan Azərbaycanlıların təşkilatlanması hər zaman prioritet məsələ hesab olunurdu. Bu baxımdan Ulu Öndər diaspor fəaliyyətində gəncləşməyə və gənclərimizin xarici ölkələrin siyasi həyatında daha fəal olmağı təşviq edirdi".