Əsas Vardanyanı idarə edən əldir - ÖZƏL

"Vardanyanın Qarabağdan harasa getməsi faktını dəfələrlə müşahidə etmişik. O, Moskvaya,  Parisə dəfələrlə gedib. Bu da həmin səfərlərdən biri idi".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,   hansı yolla və səbəblə Qarabağa gəlməsindən asılı olmayaraq Vardanyan əslində bütün tərəflərin onu qəbul edərkən nisbətən sərbəst qəbul edə biləcəyi fiqurdur: "Bu reallığı  hesab edirəm ki,  Azərbaycan yaradıb. Məsələ ondadır ki, Azərbaycan Vardanyandan öncə Qarabağ separatçılarının "rəhbəri" kimi önə çıxan Arutyunyana cinayət işi açdı və təbii olaraq onun artıq Moskva və Paris tərəfindən qəbul edilməsini hansısa bir cinayətkarın qəbul edilməsi faktına çevirdi. Bu baxımdan, Moskva Vardanyan oyununu oynamağa başladı. Təbii ki, Azərbaycan buna da narazıdır, amma hələlik Vardanyan cinayətkar statusunda deyil". 

Azər Qasımov deyib ki, Vardanyanın Qarabağa qayıtmasında yeni nəsə axtarmaq lazım deyil: "Erməni ermənidir. Vardanyan ya Arutunyan. Əsas olan onları idarə edən əldir. Əl isə Rusiyadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31