Mehriban Əliyeva Qəşəm Nəcəfzadəyə ev verdi
14 Fevral 2023 21:55 SiyasətAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.
Olaylar.az xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə özünün feysbuk hesabında paylaşım edib.
Şair qeyd edib ki, ona bağışlanan ev Bakı şəhərindədir.
Q.Nəcəfzadə bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.
bakupost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31