Baş verən zəlzələ yenilməz bir qüvvənin hikmət və qüdrət nişanələrinin təzahürüdür - ÖZƏL
14 Fevral 2023 12:44 Siyasət"Qardaş Türkiyədə baş verən zəlzələ ölkəyə böyük fəlakət, bəşəriyyətə isə görk olacaq bir dərd gətirdi. Kim nəyə sahib idisə saniyələr ərzində hamısını itirdi. Bu etbarsız və qopqoca bir dünya uğrunda mübarizəyə ehtiyac yoxmuş..." Bunu "Olaylar"a deyən "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, dünyanın yardım əli günlərdi Türkiyəyə sarı uzanıb: " Azərbaycan və dost İsrail dövləti öndədir. Hər birimiz can qeyb edənləri, zərərçəkənləri ürək ağrısı və göz yaşları ilə izləyirik. Dözməyə cəsur ürək lazım! Hündür evlər necə gəldi tikilir, çoxalır, ora köçmək istəyən ailələr isə azalır. Səhiyyə inkişaf etdikcə, klinikalar, əczaxanalar yağışdan sonra əmələ gələn göbələk kimi artır. Amma bəşər övladı hər gün sağlamlığından şikayətlənir. Mülklər də çoxalır, rahatlıq azalır. Müxtəlif ixtisasa malik Diplom sahiblərinin sayı da artımla müşahidə edilir, amma iş tapmaq çətinləşir. Bu qədər diploma nə hacət? Diplomluların bəziləri "narkokuryerlik" edir. Dostlar da artıb, amma dostluğa sədaqət çox təəssüf ki, azalıb. Keçmişdə evlər gildən-palçıqdan tikilərdi, qışda isti, yayda sərin olardı. Ürək "qızıl"idi, qızıl! İndi evlər sanki qızıldan inşa edilir, ürəklər isə daşdır, daş! Bu evlər qışda soyuq, yayda isti... Mənə elə gəlir ki, baş verən zəlzələ, şahidi olduğumuz təbii fəlakət və dağıntılar yenilməz bir qüvvənin hikmət və qüdrət nişanələrinin təzahürüdür! Burada ağıl sahibləri üçün düşünməyə bir əsas var... Keçmiş olsun!"