Azərbaycan pilotları MDB məkanında ən çox uçuş saatı keçirən pilotlar kimi tanınır - ÖZƏL
14 Fevral 2023 12:17 Siyasət"Azərbaycan pilotları MDB məkanında ən çox uçuş saatı keçirən pilotlar kimi tanınır. Təbii ki, bütün bunlar hərbi hazırlıq səviyyəsini artıran əsas elementlərdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələri ordu rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardı: "Milli şahinlərimiz, düşmənin işğal dönəmində qurduğu bir çox yeraltı sığınacaqları, hərbi müşahidə məntəqələrini dəqiq zərbə ilə yerlə bir etdi. Müharibənin ilk saatlarında Dövlət Sərhəd Xidmətinin kukruznik kimi tanınan AN- 2 təyyarələri ilə düşmən havadan müdafiə sistemlərinin yerini aşkarlamaq üçün etdiyi aldadıcı döyüş manevrləri isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı".