Hərbi Hava Qüvvələri Vətən Müharibəsində şücaət və qəhrəmanlıq nümunələri göstəriblər - ÖZƏL
14 Fevral 2023 12:12 Siyasət"14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür. 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə xidmət edən bütün hərbçilərimizi, hərbi pilotlarımızı səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, 44 günlük Vətən Müharibəsində hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər: "Belə ki, Ermənistanın hava hücumundan müdafiə sistemini məhv etmək üçün "Qarabağ mücrüsü" adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlamışdır. Bu şərəfli peşədə vətən yolunda canından keçən pilotlarımızı unutmur, şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızı böyük ehtiram və qürur hissi ilə yad edir, Allahdan rəhmət diləyirik".