Sülhün əldə olunması hamıdan çox Ermənistanın özünə lazımdır- Spiker - ÖZƏL

"Azərbaycan Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olmuş və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistana sülh sazişinin imzalanmasını təklif etmişdir". "Olaylar" xəbər verir ki, bunu Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyən Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, sülhün əldə olunması hamıdan çox Ermənistanın özünə lazımdır: "Lakin Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatların tələblərini açıq-aşkar pozaraq, öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmayıb, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının qarşısını alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31