Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

Olaylar xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova  səfər çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək, burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, komitə sədrləri Ziyafət Əsgərov və Bəxtiyar Əliyev, deputatlar - Nizami Səfərov, Əminə Ağazadə, Sevinc Hüseynova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31