Vətən müharibəsi göstərdi ki, gənclərimiz milli maraqlar ətrafında sıx birləşə bilir - ÖZƏL
2 Fevral 2023 10:25 Siyasət"Müasir dünyada inkişafın əsas hərəkətverici qüvvəsi yaradıcı və innovativ gənclərdir. Vətən müharibəsi göstərdi ki, gənclərimiz milli maraqlar, dövlətçilik ətrafında sıx birləşir və bu amalda bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin güclənməsinə, beynəlxalq nüfuzunun artmasına xidmət edir: "Bu nüfuzun qorunması, yüksəlişi naminə gənclərimiz bütün səy və bacarıqlarını, şəxsi təşəbbüslərini birləşdirməli, daim təşəbbüskar olmalıdırlar. Gənclərimizi təbrik edir və onlara davamlı uğurlar arzu edirəm!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31