Qarabağda əldə etdiyimiz qələbəmizin memarı Ulu öndər Heydər Əliyevdir - ÖZƏL

"Azərbaycan xalqı qalib xalqdır. 44 günlük Vətən müharibəsi zamanı Qarabağda əldə etdiyimiz qələbəmizin də memarı Ulu öndər Heydər Əliyevdir". Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səsləndirib. O bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir: "Ulu öndərin yaratdığı və Cənab Prezidentin güclü, qüdrətli bir duruma gətirdiyi ordu möhtəşəm,  böyük bir zəfər əldə etdi. Vətən müharibəsində ordumuz bütün istiqamətlərdə böyük uğurlar qazandı, torpaqlarını işğaldan azad etdi". 

Emin Həsənli əmin olduğunu bildirib ki, Ulu öndər Ümumumilli lider Heydər Əliyevin əsasını qoyduğu  və günümüzdə Ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycan ordudu bundan sonra da neçə-neçə uğurlara imza atacaq, müstəqil dövlətimizi, ölkəmizi göz bəbəyi kimi qoruyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31