Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Sarıqamışda görüşüblər - FOTO

Türkiyə milli müdafiə naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün fəaliyyətini izləmək üçün Qarsa gedib.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazir Akar və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələri Komandanlığı hava limanında Qars valisi Türker Öksüz, 3-cü Ordu komandanı general-leytenant Yavuz Türkgenci və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

"Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə gələn Azərbaycanın müdafiə naziri general Zakir Həsənovu hava limanında qarşılayan Hulusi Akar onu müşayiət edən şəxslərlə birlikdə General Mithat Kopsavaş kazarmasına gedib.

Nazir Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze ilə üçtərəfli görüş keçirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31