Laura Lohman bu gün Azərbaycana gəlir

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman bu gün Azərbaycana gəlir, səfər fevralın 4-dək davam edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində rəsmi şəxslərlə görüşlər, o cümlədən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu görüşündə iştirak nəzərdə tutulub.

L.Lohman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası Qrupuna sədrlik edir və ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyini, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini müzakirə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31